0
Saturday 26 January 2013 - 10:15

Leyla Yunus İsmayıllı üsyanından danışdı

Story Code : 234716
Leyla Yunus İsmayıllı üsyanından danışdı
AŞPA-nın siyasi məhbuslarla bağlı verdiyi qərar mənim üçün gözlənilməz oldu

Mən elə bilirdim ki, AŞPA-nın əksər üzvləri özlərinə hörmət edirlər və onlar imkan verməyəcəklər ki, Azərbaycan hökuməti bu məsələ də qalib gəlsin. Lakin gözləntilərimiz özünü doğrultmadı. İnanmırdım belə bir nəticə olacaq. 2001-ci ildən bu günə qədər birinci dəfədir ki, belə bir qərar qəbul edilir. Bu sözləri Sülh və Demokratiya İnstitutunun rəhbəri Leyla Yunus AŞPA-nın siyasi məhbuslarla bağlı verdiyi qərara münasibət bildirərkən söyləyib.

İsmayıllı hadisələrinə də münasibət bildirən hüquq-müdafiəçisi qeyd etdi ki, aksiya zamanı vətəndaşlara qarşı güllə, səs bombası və digər vasitələrdən istifadə edən polislərin şərəfləri yoxdur: “Onlar nəyin ki, polis, hətta kişi belə deyillər. Yaşlı insanlara, uşaqlara və cavanlara qarşı zor tətbiq edən polislərin Xocalıdakı ermənilərdən heç bir fərqləri yoxdur. /Faktxeber/
Comment