QR CodeQR Code

Almaniyada tətil səbəbindən 200 aviareys təxirə salınıb

26 Jan 2013 10:31

IslamTimes - Almaniyanın Düsseldorf və Keln-Bonn hava limanlarında təhlükəsizlik xidməti işçilərinin tətili səbəbindən 200-dən artıq aviareys təxirə salıb.


Tətilçilər işlədikləri hər saata görə 14,5 avro əmək haqqı almaq istəyirlər. Rəhbərlik isə onlara 13,5 avro verməyə razıdır.

Xidmət sferası həmkarlar ittifaqının nümayəndəsi Günter İsemayerin bildirdiyinə görə gələn həftə tətilin yeni dalğası gözlənilir.

Alman mediasının yazdığına görə, gələn həftədən tətilçilərə Hamburq hava limanının, həmçinin vağzalların və Ahausdakı radioaktiv maddələrinin müvəqqəti sığınacağının işçiləri də qoşula bilərlər. /apa/


Story Code: 234724

News Link :
https://www.islamtimes.org/az/news/234724/almaniyada-tətil-səbəbindən-200-aviareys-təxirə-salınıb

Islam Times
  https://www.islamtimes.org