0
Saturday 26 January 2013 - 20:42

Heydər Əliyevin hansı istiqamətdə aparıldığı məlum deyil!..

Story Code : 234898
Heydər Əliyevin hansı istiqamətdə aparıldığı məlum deyil!..
Heykəlin yerinin dəyişdirilməsi ilə bağlı rəsmi məlumat yoxdur. Şəhər rəhbərliyi Azərbaycan tərəfi ilə danışıqlarda abidənin daşınması üçün rəsmi səbəb kimi şəhərsalma normalarının pozulmasını göstərib.
Heykəlin demontajı zamanı əraziyə 200 nəfərə yaxın polis əməkdaşı cəlb olunub, küçədə avtomobillərin hərəkəti dayandırılıb.
Abidənin hara köçürülməsi ilə bağlı rəsmi məlumat yoxdur və heykəlin köçürülməsi xərcləri Mexiko büdcəsi hesabına ödəniləcək.
Meksikada Heydər Əliyevin heykəli ilə bağlı məsələ Meksika telekanallarında ciddi ajiotaj doğurub. Dünyanın çox məşhur televiziya, qəzet və agentlikləri məsələyə hələ də diqqət yetirir. Meksika telekanallarında göstərilən müxtəlif telereportajlarda açıq görünür ki, ölkə əhalisi heykəlin Meksikada qalmasına etiraz edirlər. Meksika televiziyalarında yayımlanan reportajlardan bir neçəsini təqdim edirik. /Azadliq.az/
Comment