QR CodeQR Code

Heydər Əliyevin hansı istiqamətdə aparıldığı məlum deyil!..

26 Jan 2013 20:42

IslamTimes - Ria Novosti saytının məlumaına görə Heydər Əliyevin Mexikonun mərkəzi küçəsində yerləşən heykəli ötən gecə dostluq parkından götürülərək başqa yerə aparılıb.


Heykəlin yerinin dəyişdirilməsi ilə bağlı rəsmi məlumat yoxdur. Şəhər rəhbərliyi Azərbaycan tərəfi ilə danışıqlarda abidənin daşınması üçün rəsmi səbəb kimi şəhərsalma normalarının pozulmasını göstərib.
Heykəlin demontajı zamanı əraziyə 200 nəfərə yaxın polis əməkdaşı cəlb olunub, küçədə avtomobillərin hərəkəti dayandırılıb.
Abidənin hara köçürülməsi ilə bağlı rəsmi məlumat yoxdur və heykəlin köçürülməsi xərcləri Mexiko büdcəsi hesabına ödəniləcək.
Meksikada Heydər Əliyevin heykəli ilə bağlı məsələ Meksika telekanallarında ciddi ajiotaj doğurub. Dünyanın çox məşhur televiziya, qəzet və agentlikləri məsələyə hələ də diqqət yetirir. Meksika telekanallarında göstərilən müxtəlif telereportajlarda açıq görünür ki, ölkə əhalisi heykəlin Meksikada qalmasına etiraz edirlər. Meksika televiziyalarında yayımlanan reportajlardan bir neçəsini təqdim edirik. /Azadliq.az/


Story Code: 234898

News Link :
https://www.islamtimes.org/az/news/234898/heydər-əliyevin-hansı-istiqamətdə-aparıldığı-məlum-deyil

Islam Times
  https://www.islamtimes.org