0
Sunday 27 January 2013 - 08:59

Qərb Suriyada məğlub olduqdan sonra indi də İraqı hədəfə alıb

Story Code : 235049
Qərb Suriyada məğlub olduqdan sonra indi də İraqı hədəfə alıb
Qərb Suriyada məğlub olduqdan sonra indi də İraqı hədəfə alıb
Islam times.org/az/ - İran məclisinin üzvü olan Cavad Cəhangirzadə cümə günü jurnalistlərə açıqlamasında deyib: “Mürtəce Ərəb dövlətləri öz qərbli ağaları ilə bir yerdə İraqda əldə edilə stabillik və sülhü pozmağa çalışırlar.”

O əlavə edərək deyib ki, Qərb ölkələri Suriyada məğlub olduqdan sonra indi də İraqda yeni münaqişə ocaqları yaratmaq istəyirlər və İraq xalqının və siyasətçilərinin ayıq-sayıqlığı nəticəsində bu ssenari də tezliklə müvəffəqiyyətsizliyə uğrayacaq.

İranlı millət vəkili qeyd edərək bildirib ki, İraq Suriya prezidenti Bəşər Əsədin devrilməsi üçün hazırlanan layihənin məğlubiyyətinin əvəzini ödəyir.

O əlavə edərək deyib ki, siyasi və məzhəbi ayrılıqlar Qərb ölkələrinin müdaxiləsi üçün şərait yaradır.

İraq maliyyə nazirinin cangüdəni terror hadisəsi ilə bağlı həbs edildikdən sonra 2012-ci il 23 dekabrdan etibarən İraqda bir neçə hökumət əleyhinə nümayişlər keçirilib.

İraq hökumətinin dəstəkçiləri də keçən bir neçə həftə ərzində müxtəlif şəhərlərdə hökumətə dəstək nümayişləri keçiriblər.

İraq baş naziri Nuri əl Maliki 2 yanvarda söz verərk etirazçıların bəzi tələbləri ilə məşğul olacağını demiş və bildirmişdir ki, əgər onlar milli təhlükəsizliyi pozmaq və xaos yaratmaq istəsələr bu zaman polisin müdaxiləsi ilə qarşılaşacaqlar.
Source : İslamtimes
Comment