0
Sunday 27 January 2013 - 09:10

Terroristlər Pakistanın başına bəla oldu

Story Code : 235051
Terroristlər Pakistanın başına bəla oldu
Pakistanda, Əfqanıstan sərhədi yaxınlığında silahlı qruplaşmalar arasında baş vermiş toqquşmalar nəticəsində ən azı 34 nəfər ölüb. Ölənlərin əksəriyyətinin silahlı olduğu bildirilir.

APA-nın “BBC”yə istinadən verdiyi məlumata görə, toqquşmalar pakistanlı taliblər Tirah vadisində bir neçə nəzarət-buraxılış məntəqəsini ələ keçirdikdən sonra baş verib.

Qeyd edək ki, bu nəzarət-buraxılış məntəqələrinə əvvəl hökuməti dəstəkləyən “Ənsər İslam” qruplaşması nəzarət edirdi.

“Ənsər İslam” qruplaşması bir qədər əvvəl nəzarət-buraxılış məntəqələrinə nəzarəti bərpa etdiyini bəyan edib.
Comment