QR CodeQR Code

Səudiyyə şahzadəsi Suriyalı üsyançılara daha çox silah-sursat verməyi tələb edib

İslamtimes , 27 Jan 2013 09:39

İslamtimes - Səudiyyə Ərəbistanın hakim ailəsinin üzvü Suriyada hökumətə qarşı döyüşən üsyançılara raket əleyhinə müdafiə sistemləri də daxil olmaqla daha ağır tipli silahlar verilməsini tələb edib.


islamtimes.org/az/ - Səudiyyə xarici işlər nazirinin qardaşı və sabiq kəşfiyyat rəisi olan şahzadə Turki əl Feysəl bu açıqlamanı cümə günü İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadiyyat Forumunda açıqlayıb.

Röyters Səudiyyə Ərəbistanı şahzadəsinə istinadə deyib: “Halhazırda təyyarələri və uzaq məsafədə olan tankları məhv etmək üçün istifadə edilən silahlara ehtiyac var. Bunlar olmadan Bəşər Əsədi devirmək mümkün deyil.”

O həmçinin ölkəsinin Suriya hökumətinə qarşı döyüşən üsyançılara silah-sursat verdiyini etiraf etmiş və Riyadın anti-Suriya olan bu hərəkətini Suriya xalqına kömək kimi dəyərləndirmişdir.

“Mən hökumət işçisi deyiləm və bu səbəbdən də mən siyasətə qarışmıram. Mən etiraf edirəm ki, biz Suriyaya silah veririk, əgər biz bunu etməsək öz tərəfimizdən ən böyük səhv kimi qiymətləndirərik.”

2011-ci ilin mart ayının ortalarından etibarən Suriya münaqişə içərisindədir. Münaqişə nəticəsində təhlükəsizlik və ordu qüvvəlləri də daxil olmaqla xeyli dinc vətəndaş həlak olub.

Suriya Səudiyyə Ərəbistanı, Qətər, Türkiyə və bəzi Qərb dövlətlərini terroristlərə dəstək verməklə ölkədə mövcud olan münaqişəni daha da qızışdırmaqda ittiham edib.


Story Code: 235060

News Link :
https://www.islamtimes.org/az/news/235060/səudiyyə-şahzadəsi-suriyalı-üsyançılara-daha-çox-silah-sursat-verməyi-tələb-edib

Islam Times
  https://www.islamtimes.org