QR CodeQR Code

İran İslami hərbi təşkilatın yaradılmasını təklif edib

Islamtimes , 28 Jan 2013 07:32

İslamtimes - İran müdafiə naziri deyib ki, ölkəsi dünyanın hər hansı bir yerində olursa olsun zülm edilmiş insanları müdafiə etmək məqsədi ilə müsəlman dövlətləri arasında müştərək hərbi təşkilatın yaradılması təklifini irəli sürüb.


islamtimes.org/az/ - Briqada Generalı Əhməd Vəhidi deyib: “Biz zülmə mərzu qalmış xalqların hüquqlarını müdafiə etmək məqsədi ilə müsəlman dövlətlərinin müşətərk hərbi təşkilatının yaradılmasını təklif etmişik.”

O əlavə edərək deyib: “Bütün müsəlmanların vəzifəsi Fələstini müdafiə etməkdir və biz islami ölkələr ilə əməkdaşlıq edərək hegamon güclər tərəfindən zülmə məruz qalan xalqları müdafiə etmək istəyirik.”

İranın müdafiə naziri qeyd edərək bildirib ki, müsəlman dövlətləri üçüncü dərəcəli güc olmamalıdırlar və vahid bir gücə çevrilməli və heç bir işğalçıya islam torpaqlarını işğal etməyə imkan verməməlidir.

Vahidi əlavə edərək deyib ki, müsəlmanların vəhdəti islam ölkələrini inkişafdan saxlamaq üçün müsəlmanlar arasında münaqişə salamq istəyən düşməndə qorxu yaradır.

O Sionist rejimini islam ölkələrinin ən qəddar düşməni kimi təsvir etmiş və bütün müsəlman ölkələrini İsrailə qarşı birləşməyə dəvət etmişdir.

İranın hərbi gücü haqqında danışan Vahidi deyib ki, İran hərbi təchizat cəhətindən müstəqildir və onun müdafiə sahəsi yerli istehsala əsaslanır və islami ölkələr ilə əməkdaşlığa hazırdır.

İran ilk dəfə olaraq hələ 2012-ci ilin avqust ayında müsəlman ölkələr arasında hərbi təşkilatın yaradılmasını təklif etmişdir.

Vahidi deyib: “Əgər Fələstinin müdafiə etmək üçün müsəlman dövlətlər arasında güclü və strateji hərbi birləşmə yaradılarsa, bu zaman Sionist rejiminin Fələstin xalqının qanuni tələblərini qəbul etməkdən başqa çıxış yolu qalmayacaq.”


Story Code: 235336

News Link :
https://www.islamtimes.org/az/news/235336/iran-islami-hərbi-təşkilatın-yaradılmasını-təklif-edib

Islam Times
  https://www.islamtimes.org