0
Monday 28 January 2013 - 14:50

“Sanksiyaların İrana deyil, Avropaya zərəri dəyib”

Story Code : 235460
“Sanksiyaların İrana deyil, Avropaya zərəri dəyib”
APA-nın İSNA-ya istinadən məlumatına görə, bunu İranın neft nazirinin mətbuat katibi Əlirza Nikzad deyib.

O bildirib ki, sanksiyalar Avropanın özünə zərər verib, İrana isə heç bir problem yaratmayıb: “ Sanksiyalar İran üçün yeni imkanlar açdı. Məsələn, hazırda “Cənub Pars” qaz yatağının 19-cu fazasında yalnız iranlı mütəxəssislər çalışır, artıq əcnəbilərə ehtiyac qalmayıb. Sanksiyalardan sonra Avropa ölkələrinin yerini dərhal yeni ticarət partnyorları tutdu. Artıq onlarla uzunmüddətli müqavilələr imzalamışıq. Avropa Birliyi sanksiyaları ləğv edənədək İran Qərbə karbohidrogen məhsullarını satmayacaq”.
Comment