QR CodeQR Code

İran XİN: “ABŞ AEBA-nın adından danışa bilməz”

29 Jan 2013 09:35

IslamTimes - İran XİN: “ABŞ Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) adından danışa bilməz”.


APA-nın məlumatına görə, bunu İranın xarici işlər naziri Əli Əkbər Salehi deyib. O bildirib ki, ABŞ İranın nüvə proqramıyla bağlı fikir bildirmək istəsə, yaxşı olar ki, agentliyin deyil, öz adından danışsın: “İran müvə müzakirələrini aparmağa hazırdır. Lakin bu məsələ ilə bağlı istənilən razılıqda ölkəmizin nüvə haqqı nəzərə alınmalıdır”. Ə. Ə. Salehi əlavə edib ki, Qazaxıstan, Türkmənistan və İsveçrə İranla “altılıq” ölkələri arasında keçiriləcək müzakirələrə ev sahibliyi etməyə hazır olduğunu bildirib: “Lakin görüşün tarixi və yeri ilə bağlı hələlik tərəflər arasında razılıq əldə olunmayıb, danışıqlar davam edir”.


Story Code: 235639

News Link :
https://www.islamtimes.org/az/news/235639/iran-xin-abş-aeba-nın-adından-danışa-bilməz

Islam Times
  https://www.islamtimes.org