0
Wednesday 30 January 2013 - 12:28

Misiri kim qarışdırır?

Story Code : 235911
Misiri kim qarışdırır?
Misirin müdafiə naziri Əbdül-Fəttah əl-Sisi ölkədə vəziyyətin ciddi olduğunu və dövlət müstəqilliyinin təhlükə ilə üzləşdiyini açıqlayıb. Bu barədə ictimaiyyətə Misirin Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Müdafiə naziri həmçinin bildirib ki, Misirin inkişafı naminə siyasi qüvvələrin yaratdığı münaqişə dövlətin dağılması və gələcək nəsillərin təhlükə ilə qarşılaşmasına səbəb olub.
Qeyd edək ki, misirli nazir daha sonra ordunun bütün ölkədə dəstəklənən yeganə qüvvə olduğunu xatırladıb və bu səbəbdən hərbçilərin ölkənin müstəqliyyini hər şeyin bahasına müdafiə edəcəyini vurğulayıb. P.S. Ekspertlər qəti şəkildə bildirir ki, Misirdə sabitsizliyin arxasında Müsəlman Qardaşlarına qarşı olan İsrail dayanır. /HaqqYolu/
Comment