QR CodeQR Code

İran ABŞ-ın meymun üzünü göstərdi

31 Jan 2013 09:33

IslamTimes - Amerikalıların ötən əsrdə kosmosa meymun göndərməsindən bəhs edən fotolar mediada yayılıb


Dünyanı qarışdıran, demokratiya adı altında millətlərin başına mərmi yağdıran ABŞ-ın Xarici İşlər Nazirliyinin sözçüsü Viktoriya Nuland gündəlik brifinqində İranın kosmosa canlı göndərməsini etirazla qarşılayıb. Nuland çıxışı zamanı bildirib ki, zavallı heyvanın fəzaya göndərilməsi beynəlxalq qanunlara ziddir. "Meymunla belə bir iş kim görərdi?! İran fəzaya meymun göndərməklə BMT Təhlükəsizlik Şurasının qətnaməsini ayaqlayıb.",-deyə Xarici İşlər Nazirliyinin sözçüsü əlavə edib. Viktoriya Nulandın çıxışından sonra İran mediası da ABŞ-ın meymuna göstərdiyi “mərhəmət hissini” özünəməxsus şəkildə cavablandırıb. Belə ki amerikalıların ötən əsrdə kosmosa meymun göndərməsindən bəhs edən fotolar mediada yayılıb. (FaktXeber)


Story Code: 236115

News Link :
https://www.islamtimes.org/az/news/236115/iran-abş-ın-meymun-üzünü-göstərdi

Islam Times
  https://www.islamtimes.org