0
Thursday 31 January 2013 - 09:46

Reuters İranın neft ixracatının artdığını yazdı

Story Code : 236119
Reuters İranın neft ixracatının artdığını yazdı
"IslamTimes" xəbər verir ki, "Reuters" informasiya agentliyi İran İslam Respublikasının neft ixracının dekabr ayında hər gün 1.4 milyon barelə çatdığını yazıb. Bu isə Avropa Birliyinin rəsmi Tehrana tətbiq etdiyi sanksiyalardan bu günədək ən yüksək göstəricidir.

Ekspertlər bildirir ki, Avropa Birliyi İran neftinə sanksiya tətbiq etdikdən sonra hamı bu ölkənin neft sənayesinin süqut edəcəyini düşünürdü. Amma İslam Respublikasının neft tankerlərini artırması və Çinin neftə olan yüksək təlabatı AB-yə böyük bir şok yaratdı. Nəinki neft ixracatı azalmadı, əksinə gün-gündən daha da artır. Uyğun sanksiyalardan yeganə zərər çəkən tərəfin isə elə Qərb olduğu görünür. Hazırda maliyyə böhranları ilə üz-üzə olan Avropa ölkələrinə İran neftinin ixrac edilməməsi onları daha da çıxılmaz vəziyyətdə qoyub.

Çin dekabr ayında hər gün İrandan 593 min 400 barel neft alıb. Yerdə qalan təqribən 806 min bareli isə Hindistan, Yaponiya kimi bir neçə dövlət alıb.
Comment