QR CodeQR Code

Noam Xomski: ABŞ dünyanın əsas terrorist dövlətidir

Islamtimes , 31 Jan 2013 19:51

İslamtimes - Amerikalı akademik Noam Xomski deyib ki, əgər beynəlxalq qanun çərçivəsində baxsaq ABŞ dünyanın əsas terrorist dövlətidir.


Çərşənbə axşamı günü Press TV-yə müsahibə verən Xomski deyib: “Mən ABŞ və Britaniya qanunlarında terrorizmin təyin edilməsinə baxdım və çox gözəl də şərh edilib. Ancaq bu qanunları tətbiq etsən, bu zaman görərəsən ki, ABŞ dünyanın əsas terror dövlətidir.”

Akademik daha sonra əlavə edərək deyib ki, o hələ 1980-ci illərdə Ronald Reyqan prezident olan müddətdə ABŞ-ın indiki terror ilə mübarizə haqqında məlumat vermişdir.

Xomski deyib: “Mən hələ 1981-ci ildən, Ronald Reyqan ofisinə gələrək Amerika siyasətinin əsasən terror ilə müharibə üzərində cəmləşəcəyini élan etməsindən bəri terrorzim haqqında yazıram.”

O 2003-cü ildə ABŞ-ın İraqı işğal etməsinin nə dərəcədə qanuni olduğunu sorğu-suala çəkmiş və demişdir ki, ABŞ və Britaniya bu işğala çox cüzi qanuni don geyindirə bildilər. Sizin də bildiyinin kimi, onların gətirdiyi iddia bu idi ki, Səddam hələ kütləvi qırğın silahları ilə bağlı olan proqramını tam başa vurmamışdır.

ABŞ və müttəfiqləri 2003-cü ildə Səddam Huseynin kütləvi qırğın silahlarına sahib olduğunu iddia edərək İraqı işğal etdilər. Ancaq indiyə qədər də İraqda kütləvi qırğın silahları aşkar edilməyib.

ABŞ-ın İraqı işğal etməsi nəticəsində bir milyondan çox iraqlı qətlə yetirildi.


Story Code: 236249

News Link :
https://www.islamtimes.org/az/news/236249/noam-xomski-abş-dünyanın-əsas-terrorist-dövlətidir

Islam Times
  https://www.islamtimes.org