0
Wednesday 14 April 2010 - 09:08
İİR Xarici İşlər Nazirliyinin mətbuat katibi :

Xalqları nüvə silahı ilə hədələmək ABŞ-ın iddialarına ziddir

Story Code : 23625
Xalqları nüvə silahı ilə hədələmək ABŞ-ın iddialarına ziddir
Xalqları nüvə silahı ilə hədələmək ABŞ prezidentinin dəyişikliklər barədə irəli sürdüyü iddialarla ziddiyyət təşkil edir .
İİR Xarici İşlər Nazirliyinin mətbuat katibi Ramin Mehmanpərəst çərşənbə axşamı günü aprelin 13-də yerli və xarici jurnalistlərə verdiyi açıqlamasında ABŞ prezidenti Barak Obamanın bəzi ölkələrin əleyhinə nüvə silahından istifadə edilməsi ilə bağlı fikirlərinə reaksiya verərkən deyib: Dünya xalqlarının etirazına səbəb olan bu sözlər BMT nizamnaməsi ilə ziddiyyətdədir.
İİR-nin hökumət rəsmisi xatırladıb ki, BMT Təhlükəsizlik Şurasının 255 və 984-cü qətnaməsində nüvə silahına malik ölkələrin hədələri qarşısında qeyri- nüvə ölkələrinin hüquqlarının qorunmasına təkid olunub və xalqları nüvə silahı ilə hədələmək , insan hüquqları ilə ziddiyyətdə olaraq Barak Obamanın dəyişiklik şüarı ilə daban-dabana ziddir.
İİR-nin XİN-nin rəsmi nümayəndəsi mətbuat konfransının digər hissəsində Vaşinqtondakı təhlükəsizlik konfransının keçirilməsinə və bir neçə məlum ölkənin bu iclasa dəvət olunmasına işarə edərək deyib: İİR ilk növbədə nüvə silahlarının istifadə edilməsi əleyhinə hər hansı bir mübarizə və hərəkəti müsbət qarşılayır. Ancaq ümumi fikir və digər xalqların arasında şübhənin yaranmasına səbəb olan hər bir şey bu iclasların formal olduğunu göstərir.
İİR XİN-nin mətbuat katibi qeyd edib ki, nüvə silahlarına malik və keçmişdə yüzminlərlə günahsız insanın qırğınına bais olan dövlətlər hazırda özlərinin nüvə cəbbəxanalarını qorunmağa çalışır və bu silahları qoruyacaqlarını bildirirlər .Bu səbəbdən bu cür iclaslar və konfransları keçirirlər.
Mehmanpərəst mətbuat konfransının davamında aprelin 17-i və 18-də Tehranda nüvə tərksilahı üzrə keçiriləcək beynəlxalq konfransa da münasibət bildirib.
Onun sözlərinə görə, Tehran iclası 200-dən çox xarici qonaq və 15-ə yaxın xarici işlər nazirinin iştirakı ilə keçiriləcək və bu iclası 200 xarici və yerli müxbir və jurnalist işıqlandıracaq.
Mehmanpərəstin sözlərinə görə, bu iclas müasir dünyada nüvə silahlarından istifadənin əleyhinə mübarizənin aparılması üçün dünyanın müstəqil və azad düşüncəli xalqların ümumi əzmkarlığından mənşə almış bir hərəkətdir.
İİR XİN-nin mətbuat katibi brifinqinin sonunda bəyan edib ki, İran digər region ölkələri və qonşularla münasibətləri səmimiləşdirmək və qoruculuq sahəsində səmərəli addımlara təkan verilməsi üzrə İraqda demokratik bir hökumətin yaradılmasını müsbət qarşılayır və bu ölkənin daxili işlərinə hər bir xarici müdaxiləni pisləyir.
Source : irib
Comment