0
Thursday 31 January 2013 - 21:43

Bakı İsmayıllıya dayaqdır

Story Code : 236266
Bakı İsmayıllıya dayaqdır
Bakı İsmayıllıya dayaqdır
Islam times.org/az/ - İsmayıllı olayı mətbuatda bu gün də qaldı, həm də ayrı bir səpkidə, iki gün əvvəl sosial şəbəkə vasitəsilə gənclər İsmayıllı üsyanına dəstək ifadə etmək üçün yanvarın 25-də şəhərin mərkəzində, Fəvvarələr meydanında kütləvi etiraz aksiyası təşkil etdikləri barədə məlumatlar paylaşdı ancaq bir neçə saatdan sonra aksiyanın tarixini dəyişib yanvarın 26-də elə həmin yerdə olacağını bəyan etdilər.

Aksiyada mindən çox adam iştirak edəcəyini bildirsə də mitinq başqa cür oldu və bu barədə siz mətbuatdan xəbərdarsınız. Ona görə mən şərhimi verim. Birinci onu deyim ki, bu aksiyanın konkret təşkilatçısı kimi heç bir şəxs və təşkilat məsuliyyəti öz üzərinə götürmür, ancaq bununla belə aksiyanın təşkilində ötən həftələrdə əsgər ölümünə qarşı uğurlu mitinqi təşkilində olduğu kimi bu dəfə də NİDA vətəndaş hərəkatı, AXCP və Müsavat gənclər təşkilatları daha çox fəallığı ilə seçildilər.

Təşkilat təmsilçiləri əsasən facebook vasitəsilə ictimaiyyəti xəbərdar edib narazı vətəndaşları meydana gətirə bildi. Artıq ikinci dəfədir ki, gənclər facebook vasitəsilə etiraz aksiyasını təşkil edə bilir, düzdür kütləvilikdən söhbət belə gedə bilməz, çünki Bakıda bir neçə milyon əhali yaşayır və kimi də dindirsən hakimiyyətdən narazıdır, ancaq açıq etiraz etməyə gəldikdə, etiraz aksiyasına çıxmağa gəldikdə isə meydanda nəinki milyonlar heç 3 min nəfər görmək olmur, bunun da səbəbi qorxudur.

Cəmiyyətdə qorxunun olması bir çox bəlaların səbəbidir, qorxusu olmayanları bir çoxu, haqqı müdafiə edən hacı Mövsüm kimiləri isə həbsxanadadır. Cəmiyyətdə qorxunun olması isə Mövsümun müdafiəsinə qalxdığı hicaba azadlıq dalğası söndü. Cəmiyyətdəki narazlıqlar və yeni bir gəncliyin yetişməsi isə etiraz aksiyalarının keyfiyyətini də dəyişir, bu cür nümayişlər sosial şəbəkələr vasitəsilə təşkil edilir. Belə bir tendensiyanı əliyev rejimi də görür, izləyir, öz müşahidələrini aparır, hakimiyyətinə qarşı bu tendensiyanın yarada biləcəyi təhlükələri müəyyən edib aradan qaldırması üçün tədbirlər hazırlayır və həyata keçirir.

Bu cür tədbirlər müxtəlifdir, hakimiyyətə dəstək kampaniyasından tutmuş ta polis zorakılığına qədər hər şey edir. Bu günkü mitinqin keçən dəfəki aksiyadan fərqi oldumu? Oldu, birinci gözə çarpan fərqi narazı kütlənin qat qat az olması idi, mən bilmirəm bu İsmayıllıya dəstəyin az olması kimi qiymətləndirilməlidir yoxsa burda başqa səbəb var.

Ancaq baxaq görək bu başqa hansı səbəblə bağlı ola bilər, birinci aksiyanın olacağı ilə bağlı təşviqat işi sosial şəbəkə vasitəsilə də zəif getdi. Daha sonra bəzi söz sahibləri, vətəndaş cəmiyyəti institutlarının nümayəndələri, siyasi və ictimai fəallar belə tezliklə, tələm tələsik mitinq təşkilini bəyənmədiklərini bildirdilər.

Ola bilər bu cür çıxışlar kütləviliyin çox zəif olmasının səbəblərindən biridir. Başqa bir səbəb, aksiyaya qoşulan vətəndaşların bir toplum halında olmaması, şəhərin başqa yerlərində kiçik piket təşkil etməsi ilə bağlıdır.

Düzdür burda bir məqamı da qeyd etmək lazımdır ki, aksiyanın başlanmasına 10-15 dəqiqə qalmış polis kardonları Fəvvarələr meydanını mühasirəyə alıb, narazı vətəndaşların meydana daxil olmasına imkan vermir, ümumiyyətlə nəinki narazı vətəndaşların heç kimi meydana buraxmır, ola bilər kimsə aksiyada iştirak etmək üçün yox sadəcə dincəlməyə gəlib, onları da buraxmırlar.

Nəticədə də Fəvvarələr meydanında təyin olunan mitinq şəhərin müxtəlif yerlərində keçirildi. Başqa bir fərq odur ki, bu dəfə mitinqdə həbs olunanların sayı da çox idi, həbs olunanlar arasında bir neçə jurnalistdə vardı.

Polis bu günkü mitinqdə daha sərt reaksiya verdi. Bu günkü mitinqdən hakimiyyətin gəldiyi qənaət cəmiyyət üçün ürəkaçan deyil və bu ondan ibarətdir ki, əliyev rejiminin başbilənlərinə görə gənclərin təşkil etdikləri etiraz aksiyalarını da sərt şəkildə susdurmaq olar və güc hələ ki, nəticə verir.
Source : Islamtimes
Comment