QR CodeQR Code

İmişlidə etiraz aksiyası

İslamazeri , 1 Feb 2013 00:19

İslamtimes -Çərşənbə günü səhər İmişli rayonunun yüzə yaxın sakini rayon İcra Hakimiyyətinə gedərək sosial problemlərin həllini tələb ediblər .


12:10 - Yerli mənbələr Turan-a bildiriblər ki, onların arasında 2010-cu ilin daşqınları zamanı zərər çəkənlər, həmçinin digər yaşayış məntəqələrinin sakinləri olub. Sakinlər itirilən əmlaka və ziyan dəymiş evlərə görə ədalətli kompensasiyanın verilməsini tələb edirlər. Analoji problemləri olan və məmurların özbaşınalığından, dövlət orqanlarının korrupsiyasından əziyyət çəkən başqa vətəndaşlarda onlara qoşulub. Bir qrup İmişli sakini yola çıxaraq nəqliyyatın hərəkətini bağlayıb. Rayon İcra Hakimiyyəti ilə əlaqə yaratmaq cəhdləri baş tutmayıb.

13:10 - Müsavat.com-un məlumatına görə isə, əraziyə polis qüvvələri gətirilib. Qarşıdurma zamanı 2 nəfər saxlanılıb. Rayonda gərginlik davam edir.Aksiyanın keçirilməsinə digər bir səbəb isə icrabaşı Vilyam Hacıyevin özbaşınalığı və apardığı qanunsuz hərəkətləri, ağacların vəhşicəsinə kəsilməsi, Gəncədən gələn iş adamlarına torpaqların qanunsuz olaraq satılmasıdır.


Story Code: 236313

News Link :
https://www.islamtimes.org/az/news/236313/imişlidə-etiraz-aksiyası

Islam Times
  https://www.islamtimes.org