QR CodeQR Code

ABŞ-da biabırçılıq

1 Feb 2013 09:59

IslamTimes - ABŞ-ın İllinoys ştatında 60 il həbs cəzasına məhkum olunmuş canini səhvən azadlığa buraxılıb, polis cinayətkarın fəal axtarışlarına başlayıb.


APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, 44 yaşlı Stiven Robbins həbs cəzasını İndiana ştatının islah müəssisələrindən birində çəkirdi. Yanvarın 30-da məhbus Çikaqoya gətirilib və burada onun barəsində əlavə olaraq narkotik maddələrini yayma ittihamına görə məhkəmə prosesi keçirilib. Məhkəmədə ona qarşı irəli sürülən ittihamlar əsassız olduğu sübuta yetirilib və o geri, İndiana ştatının islah müəssisəsinə göndərilmək əvəzinə, məhkəmə zalından səhvən azadlığa buraxılıb.

Polisin məlumatına görə, səhvən azadlığa buraxılan cani 60 illik həbs cəzasını 2004-cü ilin oktyabrında çəkməyə başlayıb.


Story Code: 236413

News Link :
https://www.islamtimes.org/az/news/236413/abş-da-biabırçılıq

Islam Times
  https://www.islamtimes.org