0
Friday 1 February 2013 - 16:30

BMT: İsrail rejimi Qərb Sahilində məskunlaşma fəaliyyətini dayandırmalıdır

Story Code : 236470
BMT: İsrail rejimi Qərb Sahilində məskunlaşma fəaliyyətini dayandırmalıdır
BMT: İsrail rejimi Qərb Sahilində məskunlaşma fəaliyyətini dayandırmalıdır
Islam times.org/az/ - Cümə axşamı günü BMT-nin yaydığı bəyanatda deyilir: “İsrail Dördüncü Cenevrə Konvensiyasının 49-cu maddəsinə uyğun olaraq heç bir şərt qoymadan bütün məskunlaşma fəaliyyətini dayandırmalıdır.”

Hesabatda daha sonra deyilir: “İsrail dərhal işğal edilmiş Fələstin torpaqlarından məskunlaşanları çıxartmalıdır.”

Bəyanatda bildirilir ki, İsrailin məskunlaşma fəaliyyəti hərbi cinayətə bərabər olan işğal edilmiş ərazilərə insanların köçürülməsini qadağan edən 1949-cu il Cenevrə Konvensiyasını pozur.

İsrail rejimi 2012-ci il 29 noyabrda BMT baş assambleyasında Fələstinin qeyri üzv müşahidəçi dövlət statusu almasından sonra məskunlaşma fəaliyyətini daha da artırdı.

Bu hadisədən sonra İsrail xarici işlər nazirliyi bəyanat yayaraq BMT-ni bu qərara görə tənqid etmişdir.

29 yanavarda Tel Əviv İsrail rejiminin fələstinlilərin hüquqlarını pozması hallarını araşdırmaq üçün təşkil edilmiş BMT İnsan Hüquqları Şurasının iclasına qatılmaqdan imtina etdi.

2012-ci ilin dekabrında fələstinlilər İsrail rejimini məskunlaşma siyasətini dayandırmayacağı təqdirdə Beynəlxalq Cinayət Məhkəməsinə vermək ilə təhdid etdilər.
Source : Islamtimes
Comment