QR CodeQR Code

Müəlmanlar heç vaxt İsrailin Suriyaya hücum etməsinə imkan verməyəcklər

Islamtimes , 1 Feb 2013 16:38

İslamtimes - İran rəsmisi deyib ki, Dəməşq anti İsrail müqavimət hərəkatının bir hissəsidir və dünya müsəlmanları İsrailə Suriya torpaqlarına hücum etməyə icazə verməyəcəklər.


islamtimes.org/az/ - İranın Ali Təhlükəsizlik Şurasının katibi Səid Cəlil Tehranda Suriya baş müftisi Əhməd Bədrəddin Həssun ilə görüşərək deyib ki, İsrail rejimi Suriyaya hücum etdiyi üçün peşman olacaq.

O deyib ki, Suriyaya qarşı hərbi əməliyyat İsrailin məğlubiyyəti ilə nəticələnəcək. Necə ki, 2006-cı ildə Livana qarşı, 2008-2009 və 2012-ci ilin noyabr ayında Həmasın idarəçiliyi altında olan Qəzza Zolağına hərbi hücumu məğlubiyyət ilə nəticələndi.

Cəlili həmçinin müsəlman ruhanisinin müsəlman dünyasındakı insanları düşmənin təxribatı haqqında məlumatlandırmasının əhəmiyyətindən danışmış və bildirimişdir ki, düşmən anti israil cəbhəsinə təziq göstərməklə yani müsəlman sivilizasiyasının formalaşmasının və inkişafının qarşısını almaq istəyirlər.

İran rəsmisi İranı Suriyaya və müqavimət hərəkatına olan dəstəyini səmimi və əbədi olduğunu bildirmişdir.

Həssun isə öz növbəsində deyib ki, İsrailin Dəməşq yaxınlığında yerləşən elmi tədiqiqat mərkəzinə hücumu ölkədəki münaqişənin iç üzünü açdı və bu münaqişənin arxasında İsrailin maraqları olduğunu göstərdi.


Story Code: 236473

News Link :
https://www.islamtimes.org/az/news/236473/müəlmanlar-heç-vaxt-israilin-suriyaya-hücum-etməsinə-imkan-verməyəcklər

Islam Times
  https://www.islamtimes.org