QR CodeQR Code

Qətər əmiri ilə Məsud Bərzaninin rabitəsinin pərdəarxası

1 Feb 2013 16:52

IslamTimes - "Qətər dövləti uzun müddətdir İraqa qarşı çirkin planlarını həyata keçirmək ardıncadır."


"IslamTimes" İraq KİV-nə istinadən xəbər verir ki, "Dövlətul-Qanun" partiyasından olan parlament üzvü Müfid əl-Bəldavi Qətər dövlətini İraqın daxili işlərinə qarışmaqda ittiham edərək Ali-Saninin çirkin planlarından söz açıb. O deyib: "Qətər dövləti uzun müddətdir İraqa qarşı çirkin planlarını həyata keçirmək ardıncadır. Onlar İraqın qarışıqlıq olan məntəqəsindəki hakimiyyət müxaliflərinə yardımlarla öz çirkin məqsədlərinə çatmaq niyyətindədirlər."

Mənbənin bildirdiyinə əsasən, Qətərin qarışıqlıq yaratmaq üçün hazırladığı yardımlar Kürdüstan məntəqəsindən məqsədə çatdırılır. Onlar həmçinin bu məntəqədən Əl-Ənbar və Neynəva vilayətlərinə terrositlər göndərmək istəyirlər.

Parlament üzvü həmçinin əlavə edib ki, Qətərin bu qərəzli planı həyata keçirməsində Türkiyənin onlara yardımçı olması açıq-aydın müşahidə olunur.

Müfid əl-Bəldavi İraq dövləti və xarici işlər nazirliyinin Qətərin bu ölkənin daxili işlərinə qarışmasına aid sənədləri BMT-yə təqdim etməsinin zəruri olduğunu xatırladıb.


Story Code: 236479

News Link :
https://www.islamtimes.org/az/news/236479/qətər-əmiri-ilə-məsud-bərzaninin-rabitəsinin-pərdəarxası

Islam Times
  https://www.islamtimes.org