0
Friday 1 February 2013 - 23:22

Terroristlərə qucaq açan Türkiyə

Story Code : 236540
Terroristlərə qucaq açan Türkiyə
"IslamTimes" "CNN Türk"-ə istinadən xəbər verir ki, bu gün günortadan sonra ABŞ-ın Ankaradakı səfirliyi qarşısında güclü partlayış baş verib. Partlayış nəticəsində ölən və yaralananlar olduğu xəbər verilir.

Türkiyənin "Today Zaman" qəzeti uyğun partlayışla bağlı yazıb: "ABŞ-ın Ankaradakı səfirliyi qarşısındakı partlayış nəticəsində həlak olanların sayı 2 nəfərə çatıb. Bu iki nəfər səfirliyin təhlükəsizlik xidməti işçisidir. Bundan əlavə bir neçə nəfər də ağır yaralanıb. Partlayışı kamikadze həyata keçirib."

Xatırladaq ki, kamikadzenin 40 yaşlı Ecevit Şanlı olduğu bildirilir.
Comment