0
Friday 1 February 2013 - 23:49

İsrailin Suriyaya hücumu ərəblər üçün bir rəzalət idi

Story Code : 236544
İsrailin Suriyaya hücumu ərəblər üçün bir rəzalət idi
"IslamTimes" xəbər verir ki, İraq xarici işlər naziri Nuri əl-Maliki "Əl-Məyadin" şəbəkəsi ilə müsahibəsi zamanı deyib: "İsrail özbaşına buraxılsa, atom silahı hazırlanan mərkəzləri məhv etmək bəhanəsi ilə Misir, İraq, İran və başqa ölkələrə də hücum edəcək. Təcili olaraq onların bu addımının qarşısı alınmalıdır."

Maliki əlavə edib: "Orta Şərq hazırda hər an püskürmək ehtimalı olan bir vulkan kənarındadır...
Hazırda yeni Orta Şərq xəritəsi hazırlanır. Bu xəritənin hazırlanmasında Türkiyənin də rolu var."

İraq xarici işlər naziri sözünün davamında deyib: "Ərəb ölkələri Suriyanı tənha qoymamalıdırlar. Onlar İsrailə göstərməlidirlər ki, Suriyaya qarşı bu qərəzli addım ərəblərin izzətini ayaq altına almaqdır...
İsrail bütün fürsətlərdən maksimum dərəcədə yararlanaraq müsəlmanlar arasında təfriqə yaratmaq niyyətindədir. Onlar Suriya böhranından da öz çirkin məqsədlərinə çatmaq üçün istifadə edirlər!"
Comment