0
Saturday 2 February 2013 - 11:24

İraqda xidmət edən amerikalı əsgərlər intihar edir

Story Code : 236603
İraqda xidmət edən amerikalı əsgərlər intihar edir
Ötən il Amerikada intihar edən əsgərlərin sayı silahlı qarşıdurmalarda həlak olan hərbçilərdən daha çox olub. Bu barədə İngiltərənin "Guardian" qəzeti hesabat hazırlayıb. Hesabatda göstərilib ki, İraqın işğalında və orada baş verən müxtəlif cinayətlərdə iştirak etmiş veteran hərbçilərdən 349-u təkcə 2012-ci ildə intihar edib.

Qeyd edək ki, həlak olan 349 veterandan 182-i quru, 108-i dəniz və 59-u isə hava qüvvələrində xidmət etmiş hərbçilərdir. Keçən il ABŞ-da ümumilikdə 6 min 500 veteran həyatını itirib.

Məlumat üçün bildirək ki, 2003-cü ildə İraqın işğalında və digər əməliyyatlarda iştirak edən hərbçilər heç cürə özlərinə gələ bilmir. Hərbçilərin sadə insanları qətlə yetirməsi, evlərə daxil olaraq zorakılıq etməsi və müxtəlif terror hücumlarını planlaşdırması hərbçilərin psixologiyasında dərin iz qoyub. Törətdikləri cinayətləri yadlarından çıxara bilməyən veteranlar bu səbəbdən çıxış yolunu intihar etməkdə görür. /FaktXeber/
Comment