QR CodeQR Code

Hicab aksiyaçılarının həbs müddəti uzadılır

Xeber44 , 2 Feb 2013 22:08

İslamtimes -Ötən ilin oktyabrında «Hicab aksiyası» zamanı saxlanılanların həbs müddəti fevralın 2-də daha 1 ay uzadılıb.


Bu barədə Azadlıq Radiosuna həmin aksiyada saxlanan Nəsimi Həsənovun vəkili Anar Qasımlı məlumat verib:

«Fevralın 2-də Səbail rayon Məhkəməsinin hakimi Kəmalə Əmirxanovanın sədrliyi ilə keçirilən prosesdə 26 nəfərin həbs müddətinin daha 1 ay uzadılması barədə qərar qəbul edildi».

2012-ci il oktyabrın 5-də Təhsil Nazirliyi qarşısında «Hicaba azadlıq» aksiyası keçirilib. Həmin aksiya zamanı ümumilikdə 35 nəfər saxlanılıb.

Onlardan 8 nəfərinin istintaqı yekunlaşıb, iş Nərimanov rayon Məhkəməsinə göndərilib.


Story Code: 236726

News Link :
https://www.islamtimes.org/az/news/236726/hicab-aksiyaçılarının-həbs-müddəti-uzadılır

Islam Times
  https://www.islamtimes.org