0
Sunday 3 February 2013 - 15:20

Suriya ordusu Dəməşq ətrafında geniş əməliyyata hazırlaşır

Story Code : 236884
Suriya ordusu Dəməşq ətrafında geniş əməliyyata hazırlaşır
“IslamTimes” Əl-əhd xəbər agentliyinə istinadən bildirir ki, Suriya ordusu Beynəlxalq Dəməşq Hava Limanı yaxınlığında yerləşən Həran-Əl-əvamid məntəqəsində təmizləmə əməliyyatlarına başlayıb.

Ötən gün özünü müxalifət adlandıran silahlı teroristlər uyğun məntəqəyə daxil olmaq istəyiblər. Onların planından xəbər tutan Suriya ordusu teroristlərə ciddi zərbə vurub.

Bundan əlavə ötən gün üç terorist qurup Dəməşq ətrafındakı yoxlama məntəqlərinə hücum ediblər. Bu hücumlar da ordunun ciddi müqaviməti ilə üzləşib və çox sayda terorist məhv edilib.

Suriya ordusu Dəməşqin teroristlərdən təmizlənməsi üçün yeni əməliyyatlara hazırlaşır.
Comment