0
Sunday 3 February 2013 - 16:26

Ərdoğan ölümlə hədələndi

Story Code : 236895
Ərdoğan ölümlə hədələndi
“IslamTimes” “Reuters” informasiya agentliyinə istinadən xəbər verir ki, adı terror qruplaşmaları siyahısında olan DNKP-C Solçu Xalq İnqilabı təşkilatı bəyanat yayıb.

Onların bəyanatında deyilir: “ABŞ Türkiyədən bir qul kimi istifadə edir.”

Bu təşkilat öz bəyanatında ABŞ-a xitabla deyir: “Cinayətkar Amerika, sən xalqın qəzəbindən amanda qalmayacaqsan.”

Uyğun bəyanatda Türkiyə baş naziri Rəcəb Təyyib Ərdoğan da kəskin şəkildə tənqid edilərək deyilir: “Ərdoğan, sən bizim növbəti hədəfimiz olacaqsan.”

Xatırladaq ki, iki gün öncə DNKP-C təşkilatından olan terrorçu Ankaradakı ABŞ səfirliyində partlayış törətmişdi.
Comment