0
Monday 4 February 2013 - 09:31

Salehi: Təzyiqlə yanaşı müzakirə siyasəti səmərəsizdir

Story Code : 237023
Salehi: Təzyiqlə yanaşı müzakirə siyasəti səmərəsizdir
"IslamTimes" "FarsNews"-a istinadən xəbər verir ki, İran xarici işlər naziri Əli Əkbər Salehi ötən gün "Münhen Təhlükəsizlik Konfransı" çərçivəsində İranın bir neçə min illik tarix və mədəniyyətinə işarə ilə deyib: "Biz öz siyasi müstəqilliyimizi asan əldə etməmişik və onunla qürur duyuruq."

Salehi əlavə edib: "Xalqımız arxada qalan 34 il ərzində bütün sanksiyalara, təzyiqlərə baxmayaraq böyük nailiyyətlər əldə edib, ölkə sürətlə inkişaf edir. Hazırda da İran İslam Respublikası məntəqənin ən güclü dövləti, qızıl açarı hesab olunur. İran xalqını parlaq gələcək gözləyir."

İran XİN başçısı nüvə sahəsində problemlərlə bağlı deyib: "Bütün nüvə fəaliyyətlərimiz NPT sazişi çərçivəsindədir. İranın nüvə enerjisindən sülh məqsədlərdə istifadə etməyəcəyini iddia edən tərəf çox maraqlı bəyanatla çıxış edir. İttihamçı tərəf öz iddiasını sübut etmək əvəzinə İrandan hərbi nüvə fəaliyyəti göstərmədiyini sübut etməyi tələb edir."
Comment