0
Monday 4 February 2013 - 12:02

Ərdoğan İsraillə eyni cəbhədə

Story Code : 237048
Ərdoğan İsraillə eyni cəbhədə
Türkiyə xarici işlər naziri Rəcəb Təyyib Ərdoğan ötən gün gec də olsa işğalçı İsrailin Suriyaya hava hücumu haqda fikirini bildirib. Ərdoğan öz bəyanatında İsrailin bu hücumunu məhkum etməklə kifayətlənib.

"IslamTimes" Fransa KİV-nə istinadən xəbər verir ki, Ərdoğan sionist rejimin bu addımını beynəlxalq hüquq normalarının pozuntusu kimi dəyərləndirib.

Ərdoğan deyib: "İsraildən istənilən zaman istənilən addım gözlənilir. Dəfələrlə dediyim ki, bu ölkə dövlət terrorizmi siyasəti yürüdür."

Xatırladaq ki, Türkiyə baş naziri İsrailin Suriyanın hava məkanını pozmasını pisləsə də öz ölkəsinin Qətər, Səudiyyə Ərəbistanı və bir sıra Qərb ölkələri ilə əl-ələ verərək Suriya daxilindəki terroristləri dəstəkləməsindən söz açmayıb.
Comment