QR CodeQR Code

Türkiyə nüvə müzakirələrində iştirak etmək istəyir

4 Feb 2013 12:43

IslamTimes - Türkiyə İranla “altılıq” ölkələri arasında keçirilən nüvə müzakirələrində iştirak etmək istəyir.


APA-nın məlumatına görə, bunu Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu 49-cu Münhen Təhlükəsizlik Konfransında bildirib.

Ə. Davudoğlu Türkiyə və Səudiyyə Ərəbistanı da daxil olmaqla İranla nüvə müzakirələrinin “5+3” formatında davam etdirilməsini təklif edib.

Bununla belə, Türkiyə XİN rəhbəri İsrailin bu təklifin ardından müzakirələrdə iştirak etmək istəyinə qarşı çıxıb: “Rəsmi Təl-Əviv Nüvə silahlarının yayılmasının qarşısının alınması Andlaşmasına (NPT) qoşulmayıb və ilk olaraq bu müqaviləyə hörmət etməlidir”.


Story Code: 237061

News Link :
https://www.islamtimes.org/az/news/237061/türkiyə-nüvə-müzakirələrində-iştirak-etmək-istəyir

Islam Times
  https://www.islamtimes.org