0
Monday 4 February 2013 - 12:43

Türkiyə nüvə müzakirələrində iştirak etmək istəyir

Story Code : 237061
Türkiyə nüvə müzakirələrində iştirak etmək istəyir
APA-nın məlumatına görə, bunu Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu 49-cu Münhen Təhlükəsizlik Konfransında bildirib.

Ə. Davudoğlu Türkiyə və Səudiyyə Ərəbistanı da daxil olmaqla İranla nüvə müzakirələrinin “5+3” formatında davam etdirilməsini təklif edib.

Bununla belə, Türkiyə XİN rəhbəri İsrailin bu təklifin ardından müzakirələrdə iştirak etmək istəyinə qarşı çıxıb: “Rəsmi Təl-Əviv Nüvə silahlarının yayılmasının qarşısının alınması Andlaşmasına (NPT) qoşulmayıb və ilk olaraq bu müqaviləyə hörmət etməlidir”.
Comment