0
Tuesday 5 February 2013 - 12:28

Sionistlər Qərb Sahilində 25 Həmas üzvünü həbs ediblər

Story Code : 237321
Sionistlər Qərb Sahilində 25 Həmas üzvünü həbs ediblər
Sionistlər Qərb Sahilində 25 Həmas üzvünü həbs ediblər
Islam times.org/az/ - İşğalçı İsrail ordu rəsmiləri deyiblər ki, bazar ertəsi günü onlar Qərb Sahilində 25 Həmas üzvünü həbs ediblər.

Müqavimət hərəkatının verdiyi məlumata əsasən həbs edilənlər arasında üç parlament nümayəndəsi var.


Ordu rəsmisi gecə 25 fələstinlinin həbs edildiyini bildirib, ancaq onlar kimlər olduğu haqqında əlavə məlumat verməyiblər.

Frans Press agentliyi Həmasdakı mənbəyə istinad edərək bildirib ki, Qərb Sahilində Həmasın 25 üzvü həbs edilib və onlardan üçü isə parlament üzvləridir.

Həmas rəsmisi açıqlama verərək deyib ki, onlar Əl Xəlildə həbs edilən Hatim Kafişa və Muhəmməd Əl Tal və Ramallahda həbs edilən Əhməd Atoundur.

Frans Press Agentliyi həmçinin təhlükəsizlik qüvvəllərinə istinad edərək deyib ki, İsrail qərb Sahilində şübhəli bilinən döyüşçüləri həbs etməklə ərazidə baş verə biləcək oyanmanın və üsyanın qarşısını almağı planlaşdırır.
Source : İslamtimes
Comment