0
Tuesday 5 February 2013 - 13:05

2012-ci ildə 324 ABŞ hərbiçisi intihar edib

Story Code : 237341
2012-ci ildə 324 ABŞ hərbiçisi intihar edib
"IslamTimes" xəbər verir ki, ABŞ hərbi müdafiə sisteminin itkilər üzrə araşdırma mərkəzinin yaydığı bəyanatda bildirilir ki, 2012-ci ildə döyüş vəziyyətində olan hərbiçilərdən 182-si intihar edib. Bu 182 nəfərdən 130-nun intiharı təsdiqlənib, 52 intihar halı isə araşdırılır.

Həmçinin ABŞ ordusunun digər bölmələrində 142 intihar halı qeydə alınıb ki, onlardan 117-si təsdiqlənib, 25-i isə araşdırılır.

2012-ci ildə ABŞ ordusunda intihar edən hərbiçilərin sayı həmin il Əfqanıstanda döyüş zamanı həlak olan hərbiçilərin sayından çoxdur. Xatırladaq ki, ötən il Əfqanıstanda döyüş zamanı 312 hərbçi həlak olub.

Nəzərinizə çatdıraq ki, ABŞ psixoloqlardan yararlanmaq kimi bir çox vasitələrə əl ataraq intihar hallarının qarşısını almağa çalışır. Amma bu günədək heç bir addım faydalı olmayıb.

Digər bir araşdırmada gün ərzində ABŞ-da 22 veteran hərbiçinin intihara cəhd etdiyi bildirilir.
Comment