QR CodeQR Code

BMT TŞ Şimali Koreyaya hədə-qorxu gəldi

5 Feb 2013 13:53

IslamTimes - "Əgər Şimali Koreya yüksək səthdə aparılan nüvə sınaqlarına davam etsə BMT Təhlükəsizlik Şurası bu ölkəyə qarşı sərt tədbirlər görəcək."


"IslamTimes" xəbər verir ki, BMT Təhlükəsizlik Şurasının sədri Kim Suk ötən gün deyib: "Əgər Şimali Koreya yüksək səthdə aparılan nüvə sınaqlarına davam etsə BMT Təhlükəsizlik Şurası bu ölkəyə qarşı sərt tədbirlər görəcək."

O əlavə edib: "BMT Təhlükəsizlik Şurasında bu mövzu ilə bağlı fikir ayrılığı yoxdur, mən də ümidvaram ki, ciddi tərbirlər görüləcək. Biz Şimali Koreyanın təhrikedici addımlarına laqeyid yanaşa bilmərik."

Xatırladaq ki, bu təhdidlər bir halda səslənib ki, Şimali Koreya 24 yanvar tarixində uzaqmənzilli raketlər sınaqdan keçirəcəyi və yüksək səthdə nüvə sınaqları planlaşdırdığını açıqlamışdı. Koreya yeni raketlərinin qət edə biləcəyi məsafənin əsil düşməni olan ABŞ-dək olduğunu bildirib. BMT TŞ 22 yanvarda Şimali Koreyanın fəaliyyətlərindən qıcıqlanaraq bu ölkəyə qarşı yeni sanksiyalar tətbiq edib.


Story Code: 237362

News Link :
https://www.islamtimes.org/az/news/237362/bmt-tş-şimali-koreyaya-hədə-qorxu-gəldi

Islam Times
  https://www.islamtimes.org