QR CodeQR Code

Suriya ordusu terroristləri darmadağın etdi

5 Feb 2013 16:01

IslamTimes - Suriya ordusunun son əməliyyatlarında ən azı 156 terrorist məhv edilib.


"IslamTimes" xəbər verir ki, Suriya ordusunun son əməliyyatlarında ən azı 156 terrorist məhv edilib. Ordunun Hələb və İdlib ətrafındakı təmizləmə əməliyyatlarında Əl-Qaidənin qollarından olan Ən-Nəsrə qruplaşmasının onlarla üzvü məhv edilib.

Bu əməliyyatda terroristlərin qərargahı məhv edilib, 40 terrorist zərərsizləşdirilib. Komandan Səfih Ğanimin də bu 40 nəfərin içində olduğu bildirilir.

Ordunun digər əməliyyatı isə Kəvirs, Xəşiş, Xan Toman və Əs-Səfirə məntəqələrində olub. Bu əməliyyatda da azı 35 terrorist qətlə yetirilib. Terroristlərlə ordunun Əş-Şəbibə qərargahı yaxınlığında üzləşməsi də terroristlər üçün baha başa gəlib. Belə ki, onlar Cümə Əbu Xalid də daxil olmaqla 10 nəfər itki veriblər.

KİV xəbər verir ki, Vadiuz-Zeyfdə də 17 silahlı Suriya hərbçiləri tərəfindən məhv edilib.

Əl-Məşlib yoxlama məntəqəsinə hücum edərək məğlubiyyətlərinin əvəzini çıxmaq niyyətində olan terroristlər burada da əsil sürprizlə üzləşiblər. Belə ki, ilk hücumu dəf edən ordu 17 terroristi sıradan çıxarıb. Ağlını itirmiş terroristlər ikinci hücumda da məğlubiyyətlə üzləşərək 33 üzvünü itirib.


Story Code: 237394

News Link :
https://www.islamtimes.org/az/news/237394/suriya-ordusu-terroristləri-darmadağın-etdi

Islam Times
  https://www.islamtimes.org