0
Tuesday 5 February 2013 - 17:00

ABŞ Bağdada başqa nə verdi?!

Story Code : 237404
ABŞ Bağdada başqa nə verdi?!
İraqda hələ ki, hansısa sabitlikdən danışmağa dəyməz. ABŞ və müttəfiqləri demokratiya adı altında İraqı cəhənnəmə çevirdi.
ABNA xəbər verir ki, ötən gün səhər vaxtı İraqın paytaxtı Bağdadın şimalındakı Əl-Taci məntəqəsində belinə bomba bağlamış intiharçı özünü partladaraq maaş növbəsinə durmuş Səhvə qüvvələrindən bir neçəsin şəhid etmiş və yaralmışdır.
Digər tərəfdən Səlahuddin əyalətinin məntəqə polisi, Təkritin cənubunda hərbiçilərlə yaraqlılar arasında baş verən silahlı qarşıdurma zamanı komandirlərdən birinin yaralandığını bildirib.
Polis məmurunun verdiyi xəbərə görə, naməlum silahlı yaraqlılar Təkritin cənub məntəqəsi olan Əl-Duceyldə, Polkovnik Əlaul Xəvacinin maşınına silahlı basqın etmişlər. İraq təhlükəsizlik əməkdaşları dərhal hadisə yerini mühasirəyə alaraq terrorçuların axtarışına başlayıb. /HaqqYolu/
Comment