0
Thursday 15 April 2010 - 11:48
İran İslam Respublikası prezidenti :

Heç kim İrana zərbə vura bilməz

Story Code : 23741
Heç kim İrana zərbə vura bilməz
İran İslam Respublikası prezidenti çərşənbə axşamı televiziya vasitəsi ilə canlı olaraq yayımlanan çıxışında deyib: Heç kəs İrana zərbə vurmağa qadir deyil.
Cənab Mahmud Əhmədinejad bir zamanlar özünü dünyanın yeganə ağası və sahibi hesab edən Amerika Birləşmiş Ştatların hazırda süqut etməkdə olduğunu deyərək, bu ölkədəki siyasi qüdrətlər arasında cərəyan edən çəkişmələrin səbəbini sərmayəçiliyə əsaslanan təfəkkürlər hesab edib və deyib: ABŞ İraq və Əfqanıstanda nüfuza malik deyil.
M.Əhmədinejad İranın regionda malik olduğu tarixi müsbət və təsirli roluna işarə edərək, deyib: Onlar regiona və bu yolla dünyaya sahib olmaq istəyirlər. Lakin, İran buna icazə verməyəcək. Elə buna görə də onlar əsəbiləşirlər.

İran İslam Respublikası prezidenti ABŞ prezidenti Barak Obamanın sionistlər qarşısında güzəştə getməsinə və onlara bac verməsinə işarə edərək, əlavə edib: Obamaya bir məktub vermişəm ki, onun detalları tezliklə elan olunacaq.

M.Əhmədinejad İranda nüvə texnologiyasının milli və yerli bir texnologiyaya çevrilməsindən razılıq edərək, sözlərini belə davam etdirib: ABŞ prezidenti Barak Obama yalnız bir şansa malikdir. O da İrandır.

İran İslam Respublikası prezidenti həmçinin deyib: Cənab Obama Fələstində bir iş görə bilməz. Bir iş görməsinə icazə də verməzlər. İraq və Əfqanıstanda da bir iş görə bilməz.

Əhmədinejad Əfqanıstanda 60-70 mini amerikalı olmaqla 110 min xarici qüvvənin olmasına işarə edərək, Obamanın öncədən elan olunmamış şəkildə gizli olaraq bu ölkəyə səfər etməsini qınayıb və deyib: Biz bir həftə öncədən elan edirik ki, Əfqanıstana səfər edəcəyik və orada da müxtəlif iclaslar keçiririk.

Mahmud Əhmədinejad İran və İraqı təbii və coğrafi baxımdan müttəfiq adlandırıb və deyib: Bizim dinimiz, mədəniyyətimiz, tariximiz, coğrafiyamız, sərhədlərimiz və bir çox digər sərvətimiz ortaqdır.

İran prezidenti əlavə edib: İraqda hansı hökumətin iqtidara gəlməsindən asılı olmayaraq, biz əməkdaşlığa malik olmalıyıq.

M.Əhmədinejad İraqda keçirilən son seçkiləri də yaxşı dəyərləndirib və deyib: İran və İraq arasındakı əməkdaşlıqlar daha da genişləndirilməlidir.
Source : irib
Comment