QR CodeQR Code

Iran prezidenti Misir xalqı və rəsmiləri tərəfindən geniş qarşılanıb

IRIB , 6 Feb 2013 00:01

Islamtimes - İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin dövlət başçılarının 12-ci sammitində iştirak etmək üçün Misir paytaxtı Qahirəyə daxil olan İran İslam Respublikası prezidenti Misir xalqı və rəsmiləri tərəfindən səmimi qarşılanıb.


İran İslam Respublikası prezidenti Mahmud Əhmədinejad bu gün Qahirə hava limanına daxil olub və Misirin yüksək səviyyəli rəsmiləri, o cümlədən prezident Məhəmməd Mursi tərəfindən qarşılanıb.

Məlumatlara görə, Misir xalqı da Əhmədinejadı səmimi qarşılayıb və şadyanalıq ediblər.

İran və Misir prezidentləri Əhmədinejadın Qahirəyə daxil olmasından bir az sonra görüşərək danışıqlar aparıblar.

Mahmud Əhmədinejad və Məhəmməd Mursi bu görüşdən məmnun qaldıqlarını bildirərək ikitərəfli münasibətlər barəsində danışıqlar aparıblar.

Bu arada əl-Aləm telekanalı da bildirib ki, İİR prezidenti Mahmud Əhmədinejad əl-Əzhər Universitetinin şeyxi və universitetin alimləri ilə görüşmək üçün əl-Əzhərə daxil olub.

İƏT-ə üzv 57 ölkənin dövlət başçısının 12-ci zirvə toplantısı çərşənbə və cümə axşamı günləri 6-7 fevralda Qahirədə keçiriləcək.

Fələstin məsələsi, işğal olunmuş Fələstin ərazilərində sionist şəhərciklərin salınmasının davam etməsi, Suriya və Mali böhranları, Somali və Əfqanıstandakı vəziyyət, ifratçılıq və islamofobiya ilə mübarizə, dünyada müsəlman azlıqların məsələləri, Qahirə sammitinin araşdıracaq əsas məsələləri olacaqdır.


Story Code: 237488

News Link :
https://www.islamtimes.org/az/news/237488/iran-prezidenti-misir-xalqı-və-rəsmiləri-tərəfindən-geniş-qarşılanıb

Islam Times
  https://www.islamtimes.org