0
Wednesday 6 February 2013 - 07:48

İran və 5+1 arasında danışıqların tarixi açıqlanıb

Story Code : 237530
İran və 5+1 arasında danışıqların tarixi açıqlanıb
İran və "altılıq" ölkələri arasında nüvə proqramı üzrə danışıqların növbəti raundu fevralın 26-da Qazaxıstanda keçiriləcək. Bu barədə Trend çərşənbə axşamı IRIB agentliyinə istinadən məlumat verir.

Milli Ali Təhlükəsizlik Şurası katibinin köməkçisi Səid Cəlili Əli Bağıri və Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə nümayəndəsi Ketrin Eştonun köməkçisi Helqa Şmid bu gün səhər saatlarında telefon əlaqəsi saxlayıblar. Telefon söhbəti zamanı onlar İranın nüvə proqramı üzrə danışıqların növbəti tarixini razılaşdırıblar.
Comment