QR CodeQR Code

İran və 5+1 arasında danışıqların tarixi açıqlanıb

6 Feb 2013 07:48

IslamTimes - Danışıqların növbəti raundu fevralın 26-da Qazaxıstanda keçiriləcək.


İran və "altılıq" ölkələri arasında nüvə proqramı üzrə danışıqların növbəti raundu fevralın 26-da Qazaxıstanda keçiriləcək. Bu barədə Trend çərşənbə axşamı IRIB agentliyinə istinadən məlumat verir.

Milli Ali Təhlükəsizlik Şurası katibinin köməkçisi Səid Cəlili Əli Bağıri və Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə nümayəndəsi Ketrin Eştonun köməkçisi Helqa Şmid bu gün səhər saatlarında telefon əlaqəsi saxlayıblar. Telefon söhbəti zamanı onlar İranın nüvə proqramı üzrə danışıqların növbəti tarixini razılaşdırıblar.


Story Code: 237530

News Link :
https://www.islamtimes.org/az/news/237530/iran-və-5-1-arasında-danışıqların-tarixi-açıqlanıb

Islam Times
  https://www.islamtimes.org