0
Wednesday 6 February 2013 - 15:52

Ban Ki Mun narahatdır

Story Code : 237639
Ban Ki Mun narahatdır
BMT-nin baş katibi Ban Ki Mun işğalçı İsrailin qanunsuz yaşayış məskənlərinin dramatik şəkildə artmasından narahat olduğunu söyləyib.

Baş katib bu fəaliyyətlərin qanunsuz olduğunu və iki dövlətli həll modeli qarşısındakı ən böyük maneə olduğunu bildirib.

Ban Ki Mun İsrail-Fələstin probleminin həlli üçün beynəlxalq birliyin yeni müzakirələrə dəstək verməyə hazır olduğunu qeyd edib: "Ancaq tərəflər sülh prosesini irəlilətmək üçün ciddi öhdəliklər götürməsələr, bu səylərin heç bir mənası olmaz. Xüsusilə də İsrailin qanunsuz yaşayış məskənlərini artırması bu prosesin qarşısındakı ən böyük maneədir".
Comment