QR CodeQR Code

İran prezidenti ABŞ-ın birbaşa danışıqlar təklifini müsbət qarşılayıb

6 Feb 2013 16:03

IslamTimes - İran prezidenti Mahmud Əhmədinejad ABŞ rəsmilərinin İranla birbaşa müzakirəyə hazır olduqları haqda irəli sürdükləri təklifi müsbət qarşıladıqlarını bildirib.


“Onlar öz rəftarlarında dəyişiklik edərlərsə, irəli sürdükləri təkliflərini araşdıra bilərik”, Əhmədinejad Misir media mənsubları ilə görüşdə bildirib.

“ABŞ rəsmilərindən eşidilən sözlər müsbət və yeni bir addım sayılır. Biz arzu edirik ki, onların rəftarlarında da əsas dəyişiklik müşahidə olunsun. Biz isə onların davranışlarında müsbət dəyişiklik gördüyümüz zaman, onların təkliflərini araşdıracağıq”, - deyə İran prezidenti ABŞ vitse-prezidenti Co Baydenin son çıxışında İran ilə birbaşa əlaqələrə hazır olmaları barədə bəyanatına münasibət bildirərkən qeyd edib.

/Deyerler/


Story Code: 237641

News Link :
https://www.islamtimes.org/az/news/237641/iran-prezidenti-abş-ın-birbaşa-danışıqlar-təklifini-müsbət-qarşılayıb

Islam Times
  https://www.islamtimes.org