0
Wednesday 6 February 2013 - 21:01

“Freedom House“ həbsləri pislədi

Story Code : 237687
“Freedom House“ həbsləri pislədi
“Turan”a açıqlamasında K.Maçalek bildirib ki, İsmayılıda baş verənlər və Bakıdakı son etiraz aksiyaları ölkədə yerli icra hakimiyyətləri səviyyəsində özünü açıq göstərən, hakimiyyətin əsas idarəçilik üsulu olan sistemli korrupsiyadan narazılığın təzahürüdür: “Mən Azərbaycan vətəndaşların fikrinə istinad edə bilərəm. Bakıda olarkən danışdığım hər kəs xərclərini ödəmək üçün bir neçə yerdə işləmək məcburiyyətində qaldığını etiraf etmişdi. Universitetlərdəki professorların orta aylıq əmək haqqısı 200 manatdan bir qədər yüksəkdir. Baxmayaraq ki, Bakıdakı yaşayış səviyyəsi qonşu ölkələrlə müqayisədə heç də ucuz deyil. Eyni zamanda hakim rejim sərbəst toplaşmaq azadlığının məhdudlaşdırılması ilə başlı repressiv metodların tətbiqi baxımdan böyük təcrübəyə malikdir. İnsanlar gözəl bilirlər ki, etirazlarını bildirmək üçün heç bir vasitələri yoxdur. Beləliklə, insanların nifrəti qaynama nöqtəsinə çatana qədər artır. İnsanlar görürlər ki, yerli hakim elita səlahiyyətlərindən sui-istifadə edərək ətrafının durumunu yaxşılaşdırır ”. Ekspertə görə, Azərbaycan hakimiyyəti qorxur ki, müxalifət xalqın nifrətini daha da təşkilatlanmış formaya sala bilər və bu da sonda hakim rejimin devrilməsi ilə nəticələnər. Ona görə də məlum hadisələrin şahidi olmuş müxalifətçilərə və jurnalistlərə “təxribatçı” damğası vurur. /AzNews/
Comment