0
Wednesday 6 February 2013 - 23:11

150 İraqlını qətlə yetirən ABŞ snayperçisi Texasda qətlə yetirilib

Story Code : 237720
150 İraqlını qətlə yetirən ABŞ snayperçisi Texasda qətlə yetirilib
150 İraqlını qətlə yetirən ABŞ snayperçisi Texasda qətlə yetirilib
Islam times.org/az/ - Kris Kyle və digər bir şəxs olan Chad Littlefield 2 fevralda Glen Rose adlı məntəqədə güllələnərə qətlə yetiriliblər.

Bazar günü rəsmilər Eddie Ray Routh adlı şəxsi qətlə görə həbs ediblər. O hər iki şəxsə atəş açaraq qətlə yetirib.

Axtarış əməliyyatından sonra polis Routhu iki qətl və bir də paytaxtda həyata keçirdiyi digər bir qətlə görə həbs edib.

38 yaşlı Kyle İraqda xidmət etdiyi müddət ərzində 150 İraq sakinini qətlə yetirmişdir və bu səbəbdən də o ABŞ tarixinə ən çox insan qətlə yetirən snayperçi kimi düşmüşdür.

2012-ci ildə o Amerikalı Snayper adlı kitab yazmışdır. Bu kitabda o Amerika tarixində ən ölümcül snayperçinin tərcümyi-halını yazmış və bildirmişdir ki, o snayper ilə 250-dən çox insanı qətlə yetirib.

Hələ keçən il BBC telekanalına müsahibə verən Kyle demişdir: “Mən inanırdım ki, qətlə yetirdiyim hər bir kəs buna layiqdir.”

Kyle əlavə edərək demişdir: “Mən Allahın hüzuruna gedəndə çox şeylə üçün cavab verməli olacam, ancaq bu qətllər onların içinə daxil deyil.”
Source : Islamtimes
Comment