0
Thursday 7 February 2013 - 00:13
Kevin Barret:

Suriyalı üsyançılar İsrailin muzdurlarıdır

Story Code : 237736
Kevin Barret: Suriyalı üsyançılar İsrailin muzdurlarıdır
Kevin Barret: Suriyalı üsyançılar İsrailin muzdurlarıdır
Islam times.org/az/ - Çərşənbə axşamı günü Press TV-yə müsahibə verən Kevin Barrett deyib: “Səudiyyə Ərəbistanın həbsxanalardan azad edərək Suriyadakı insanları qətlə yetirmək üçün oraya göndərdiyi əl Qaidə üzvü olan terroristlər əslində İsrail maraqlarına xidmət edən muzdur qullardır.”

İsrailin Dəməşq yaxınlığında bu yaxınlarda elmi tədqiqat mərkəzinə qarşı həyata keçirdiyi hava hücumuna toxunan Barrett deyib ki, bu hücum Suriyada stabilliyi pozmağa yönələn sonuncu ümidsiz hücum əməliyyatı idi.

O əlavə edərək deyib: “Həqiqətdə xaricilər tərəfindən Suriyada stabilliyi pozmaq üçün təşkil edilən Suriyadakı üsyan çıxılmaz vəziyyətə düşüb və mən fikirləşirəm ki, Dəməşqə qarşı olan bu hücum əslində İsrail ilə əl Qaidə arasında olan sıx bağlılığı və əməkdaşlığı göstərir.”

Analitik həmçinin deyib ki, Suriyanı dağıtmağa cəhd edən üsyançıları dəstəkləyən xarici dövlətlər də artıq çıxılmaz vəziyyətə düşüblər və İsrailin hücumu sübut etdi ki, onların Suriya prezidenti Bəşər Əsədi hakimiyyətdən devirmək haqqındakı planları boşa çıxıb.
Source : Islamtimes
Comment