QR CodeQR Code

İrandan ABŞ-a daha bir sürpriz

7 Feb 2013 12:53

IslamTimes - İran İslam İnqilabı Keşikçilər Korpusu (“Sepah”) 2011-ci il dekabrın 4-də ələ keçirilən ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinə məxsus “RQ-170” tipli pilotsuz casus təyyarəsinin çəkdiyi görüntüləri ilk dəfə yayıb.


APA-nın məlumatına görə, pilotsuz təyyarənin çəkdiyi görüntülərin əks olduğu 1 dəqiqə 34 saniyəlik material İranın birinci kanalında nümayiş olunub. SEPAH-dan bildirib ki, “RQ-170” təyyarəsinin şifrələri tamamilə oxunub: “Məlum olub ki, bu təyyarə İran və qonşu ölkələrdə çoxsaylı uçuşlar edib, Əfqanıstanda keçirilən bir çox əməliyyatlara olub. Görüntülərdən aydın olur ki, “RQ-170” uçuşlardan sonra Əfqanıstanın Qəndəhar şəhərində yerləşən bir bazaya enir və oradan yeni uçuşlar edir. Göründüyü kimi həmin yerdə başqa tipli pilotsuz və döyüş təyyarələri də var”.


Story Code: 237761

News Link :
https://www.islamtimes.org/az/news/237761/irandan-abş-a-daha-bir-sürpriz

Islam Times
  https://www.islamtimes.org