0
Friday 8 February 2013 - 11:55

"İsrailin cəfəngiyyatlarının səbəbi müqavimət hərəkatının onlara vurduğu zərbələrdir"

Story Code : 238061
"İsrailin cəfəngiyyatlarının səbəbi müqavimət hərəkatının onlara vurduğu zərbələrdir"
“IslamTimes” “Əl-Mənar” xəbər agentliyinə istinadən bildirir ki, Hizbullah hərəkatı rəhbərinin müavini Şeyx Nəim Qasim deyib: “Sionist rejim müqavimət hərəkatının onlara vurduğu zərbələr səbəbindən bu hərəkata qarşı dünya səviyyəsində hücuma keçib. Onlar Livan və Fələstindəki müqavimət hərəkatını dünyaya qorxunc bir təşkilat kimi tanıtdırmaq niyətindədir. İsrail xüsusi ilə son illərdə Hizbullah təşkilatının terrorist bir quruplaşma kimi tanıtdırılmasında məğlubiyyətə uğrayıb.

Xatırladaq ki, Bolqarıstan hökuməti sionist rejimin təzyiqləri altında bir neçə gün öncə iddia edib ki, ötən ilin iyul ayında israilliləri daşıyan avtobusun Hizbullah tərəfindən partladılması ilə bağlı sübutlar əldə edib.

Şeyx Nəim Qasim əlavə edib: “İşğalçı İsrail rejimi Hizbullah təşkilatının fəaliyyətini yasaqlayacaq planın uğursuzluğa düçar olmasından sonra beynəlxalq müstəvidə hücuma keçib. Onlar bu dəfə dünya xalqlarını Hizbullahın təhlükəli bir quruplaşma olduğuna inandırmaqla müqavimət hərəkatını mühasirədə saxlamaq niyyətindədirlər.”
Comment