0
Friday 8 February 2013 - 14:24

ABŞ Qətərdə Taliban ilə danışıqlar aparır

Story Code : 238115
ABŞ Qətərdə Taliban ilə danışıqlar aparır
ABŞ Qətərdə Taliban ilə danışıqlar aparır
Islam times.org/az/ - Əfqan mediasının siyasi şərhçi Vahid Mojdehə istinad edərək deyib ki, danışıqlardan məqsəd Talibanı Kabul ilə razılığa gətirməkdir və bununla da ABŞ ordu qüvvələrini Əfqanıstandan çıxartmaq üçün şərait yaradır.

ABŞ Taliban danışıqları rəsmi olaraq 2012-ci ilin yanvar ayından başlayıb, ancaq döyüşçü qrup mart ayında danışıqları tərk edərək bildirmişdilər ki, Vaşinqton sülh danışıqları üçün verdiyi vədlərə əməl etmir.

Bazar ertəsi günü Kərzai, Britaniya baş naziri David Kameron və Pakistanın prezidenti Asif Əli Zərdari Londonda üç tərəfli görüşlərə yekun vuraraq qərara gəliblər ki, altı ay ərzində sülh razılığını əldə etmək hər bir şey edilsin.

Görüşdə liderlər həmçinin qərara gəliblər ki, Taliban ilə danışıqlar aparmaq üçün Qətərin paytaxtı Dohada rəsmi bir ofis açılsın.

Taliban sözçüsü Zəbiullah Mujahid isə çərşənbə günü London danışıqlarını rədd etmiş və demişdir ki, konfrans və digər bu kimi görüşlər əslində iki tərəf arasında faydalı danışıqların aparılması yolunda ən böyük maneədir.

Taliban dəfələrlə Qərbin himayəsi altında olan prezident Hamid Kərzai hökuməti ilə birbaşa danışqıalr aparmağı rədd edib və danışıqların Taliban ilə ABŞ arasında aparılmasını tələb edib.

Bu arada Kərzai və Norveçin baş naziri Jens Stoltenberg Əfqanıstan və Norveç arasında strateji müttəfiqlik haqqında razılıq imzalayıblar.
Source : Islamtimes
Comment