0
Friday 8 February 2013 - 14:57

İslam Rəhbəri təziq altında ABŞ ilə danışıqlar aparmağı rədd edib

Story Code : 238127
İslam Rəhbəri təziq altında ABŞ ilə danışıqlar aparmağı rədd edib
İslam Rəhbəri təziq altında ABŞ ilə danışıqlar aparmağı rədd edib
Islam times.org/az/ - Cümə axşamı günü İran hərbi donanmasının komandir və rəsmiləri ilə görüşən Ayətullah Əl üzma Xamenei deyib: “Mən diplomat deyiləm. Mən iniqlabçıyam və açıq, ədalətli və qətiyyətli danışıram. Danışıq təklifi o zaman olar ki, təklif edən tərəf öz xoş niyyətini göstərmiş olsun.”

İslam Rəhbəri deyib: “Danışıqlar o zaman fayda verər ki, hər iki tərəf xoş niyyət və bərabər şərtlər ilə bir-birini aldatmaq niyyətləri olmasın. Bu səbəbdən də sadəcə danışıqlar xatirinə danışıq, taktiki danışıq və yaxud da öz gücünü dünyaya göstərmək üçün danışıq təklifi aldatmadan başqa bir şey deyil. ”

Ayətullah Əl üzma Xamenei həmçinin qeyd edərək bildirib ki, keçən dörd il ərzində ABŞ-dan davam edən düşmənçilik, üsyana təhrik və İran xalqının alimlərini qətlə yetirən terroristlərə dəstəkdən başqa heç bir şey görmədik.
“Siz amerikalılar silahı İrana uzadaraq deyirsiz ki, ya danışıqlar olacaq, ya da ki, tətiyi çəkəcəyik. Siz bilməlisiniz ki, təziq ilə danışıqlar bir yerə sığmır və İran xalqı bu cür şeylərdən qorxmur.”

İslam Rəhbəri vurğulayaraq bildirib: “Biz hərhalda amerikalıların danışıq ehtiyaclarını başa düşürük, çünki amerikalıların Yaxın Şərq siyasəti iflasa uğrayıb və bu məğlubiyyəti örtbasdır etmək üçün onlar bu təklifi irəli sürürlər.”

“ABŞ ilə danışıqlar heç bir problemi həll etmir, çünki onlar keçən 60 il ərzində heç bir vədlərini yerinə yetirməyiblər.”

Düşmən tərəfindən İrana qarşı tətbiq edilən çevriliş cəhdləri, hərbi çaxnaşma, təcavüzkar düşmənə dəstək, müharibə, soyuq müharibə, media vasitəsilə daimi təziq və artan sanksiyalara toxunan Ayətullah Əl üzma Xamenei deyib ki, keçən 30 il ərzində düşmən İran xalqını məğlub etmək üçün əlindən gələn hər bir şeyi etdi, ancaq onlar müvəffəqiyyət qazana bilmədilər.

İslam Rəhbəri həmçinin deyib ki, ABŞ-ın maraqlarını təmin etmək üçün ölkənin maraqlarına, suverenliyinə və inkişafına mane olmağa çalışan hər bir kəsə İran xalqı lazımi cavabını verəcək.

2 Fevralda Almnaiyada 49-cu Munhen Təhlükəsizlik Konfransında çıxışı zamanı ABŞ-ın vitse prezidenti Coe Baydn deyib ki, Vaşinqton İranın nüvə enerji proqramı məsələsində İran ilə bir başa danışıqlar aparmağa hazırdır.
Source : Islamtimes
Comment