QR CodeQR Code

Londonlu fəallar Qərbin Bəhreynə qarşı ikili siyasətini tənqid ediblər

Islamtimes , 8 Feb 2013 16:00

İslamtimes - Bir qrup bəhreynli fəal Ali Xəlifə rejimini Bəhreyndə insanlara qarşı etdiyi zorakılığa görə Qərbi ikili siyasət yeritdiyi üçün tənqid ediblər.


islamtimes.org/az/ - Aktivistlər Londonda təşkil edilən Bəhreyn İniqlab Həftəsi adlı seminarda Qərb ölkələrini Bəhreyndə baş verən haqsızlıqlara qarşı səssiz durmaları üçün tənqid ediblər.

Seminarda iştirak edən yazıçı və aktivist Stephen Sizer Press TV-yə müsahibə verərək deyib: “Əgər biz beynəlxalq qanunları əsas götürürksə, əgər biz demokratiya və azadlıq naminə iş görürüksə, bu zaman biz Bəhreyndəki hadislərə göz yuma bilmərik. Bəhreyndəki demokratiya da Avropadakı demokratiya kimi qanunidir.”

Aktivist qeyd edərək bildirib ki, Bəhreyn oyanış hərəkatı media cəhətdən korluq çəkir və bu da Manama rejimini öz cinayətlərini örtbasdır etməyə kömək edir.

2011-ci ilin fevral ayından etibarən bəhreynlilər sisyasi islahatlar və konstitusiyalı monarxiya tələbləri ilə nümayişlər təşkil edirdilər.

Daha sonra isə Ali Xəlifə rejiminin təhlükəsizlik qüvvəllərinin nümayişçilərə qarşı zorakılıq tətbiq etməsi nəticəsində nümayişlər rejimə qarşı etirazlara çevrildi. Bəhreyn rejimi xeyli hüquq müdafiəçisi, həkim və tibb bacılarını həbs etməyə başladı.

Bəhreynlilər bildirirlər ki, onlar hökumətin demokratik yol il seçilməsi və insan hüquqlarının pozulması hallarına son qoyulması tələbləri yerinə yetirilməyənə qədər etiraz nümayişlərini davam etdirəcəklər.


Story Code: 238149

News Link :
https://www.islamtimes.org/az/news/238149/londonlu-fəallar-qərbin-bəhreynə-qarşı-ikili-siyasətini-tənqid-ediblər

Islam Times
  https://www.islamtimes.org